23 yanvar 2025 at 20:16
Jurnalist kodu: 5564
Xəbər kodu: 85728706
T T
0 Persons
İran ABŞ-ın Yəmən Ənsarullahını terror təşkilatı adlandırmasını pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ-ın Yəmən Ənsarullah Hərəkatının adının qondarma “xarici terror təşkilatları siyahısı”na daxil etməsini əsassız və beynəlxalq hüquqa zidd addım hesab edib və pisləyib.

İsmayıl Bəqayi ABŞ dövlət departamentinin Yəmən xalqına böhtan atmasını və Yəmən Ənsarullahı Hərəkatının adını qondarma xarici terror təşkilatları siyahısına salmaq addımını pisləyib, bunu Yəmən xalqına qarşı qeyri-insani sanksiyaların tətbiqi üçün bəhanə və beynəlxalq hüquqa zidd hərəkət hesab edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Yəmən xalqının sionist rejimin işğalçılığı və soyqırımına qarşı məzlum Fələstin xalqı ilə şərəfli həmrəyliyini xatırladıb, ABŞ dövlət departamentinin Yəmən xalqına qarşı böhtanını keçmiş ABŞ administrasiyasının Qəzzədə Fələstin xalqının qətlə yetirilməsi və soyqırım edilməsində 15 aydır iştirakına və ortaqlığına verdiyi dəstəyə uyğun olaraq xarakterizə edib və bildirib ki, bu cür özbaşına və əsassız birtərəfli hərəkətlər beynəlxalq münasibətlərdə qanunun aliliyini daha da zəiflədəcək, regional sülh və sabitliyi təhdid edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .